təcili yardım maşını

ambülans, cankurtaran

tə'cili yardım
təcrübə
OBASTAN VİKİ
Təcili tibbi yardım maşını
Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur. == Tarixi == Ambulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur. XIX və XX əsrdə müasir variantları yaranmışdır. == Nəqliyyat vasitələri == Ambulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Ambulans ilə əlaqəli mediafayllar var.
Hava təcili yardım
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. == Tarixi == Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. == Hava Təcili Yardım == Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Təcili yardım (teleserial, 1994)
"Təcili yardım" (E.R.) amerikalı En-Bi-Si kanalında (Azərbaycanda ANS kanalında) gedən dram serialı. Əhvalat İllinoysdakı uydurma Kaunti Ceneral qospitalında vaqe olur. Emmi Mükafatına layiq görülmüş serial Amerikada 1994-ci il sentyabrın 19-da başlamış, 2009-cu il martın 12-də başa çatmışdır.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Koriolis təcili
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Mərkəzəqaçma təcili
Mərkəzəqaçma təcili - çevrə üzrə bərabərsürətli hərəkətdə yaranan, radius boyunca çevrənin mərkəzinə doğru yönələn təcildir və xətti sürət kvadratının çevrə radiusuna olan nisbətinə bərabərdir. an kimi işarə olunur və an=ʊ2/r. Yəni çevrə üzrə bərabərsürətli hərəkət edən cismin təcili sıfırdan fərqlidir, sürətə perpendikulyardır və hər bir nöqtədən çevrənin mərkəzinə doğru çəkilmiş radiuş boyunca yönəlmişdir. Çünki xətti sürət modulca sabit qalsa da, istiqamətini daim dəyişir və olduğu nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Təcil isə vahid zamandakı sürət dəyişməsinə bərabər olduğundan sıfırdan fərqli olur. Xətti sürət - çevrə uzunluğunun dövretmə perioduna olan nisbətinə bərabərdir, υ=2ΠR/T. Onda mərkəzəqaçma təcili, an=4ח2r/T2o. Bucaq sürəti - dönmə cicmi çevrənin mərkəzi ilə birləşdirən radiusun dönmə bucağının zamana olan nisbətidir və bir dövr üçün ω=2Π/T-dir. Onda, an=ω2r olar. BS-də bucaq sürətinin vahidi radian/saniyədir (rad/san). Bucaq təcili - ədədi qiymətcə bucaq sürətinin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə deyilir, BS-də vahidi rad/san2.
Sərbəstdüşmə təcili
Düşən cisim - heç bir şey ilə dəstəklənmir (yəni sərbəst düşür) və yer üzərinə qravitasiya gücü ilə çəkilir. Qravitasiya - Yerin digər cisimləri özünə çəkmə gücüdür. Havanın müqaviməti olmadan cisimlər ilk dəfə Qalileyin ortaya çıxardığı sərbəstdüşmə qanununa əsasən yerə düşür. Cisim nə qədər çox müddət sərbəstdüşmədə olarsa onun düşmə sürəti bir o qədərdə artır.Sərbəst düşən bir cismin sürətlənməsi saniyədə 9,8 metrə bərabərdir.Bu o deməkdir ki,cisimin sürəti sərbəstdüşmədə olduğu hər 1 saniyədə 9,8 m/san artır.Düşmənin ilk saniyəsində isə onun sürəti 9,8 m/san-yə bərabərdir. Hava qatlarından keçən cisim isə bu proqreslə sürət yığa bilmir.Bu halda cisim yalnız müəyyən sürəti yığır. Havanın müqavimətinə görə cismin sürətinin müəyyən limit olur. Yəni müəyyən bir hava müqavimətində cisim yalnız o müqavimətə əsasən müəyyən sürəti yığa bilir. Bu hətta ağır cisimlərə belə aid olur.Düşmənin əvvəlində onlar müəyyən bir düşmə sürət alırlar yalnız onların düşmə sürəti artdıqca havanın müqavimətidə artır ki,bu da,onlara sürət limiti qoyur.Yəni sonda müqavimətin gücü qravitasiyanın gücünə bərabər olur və bundan sonra cisim artıq sürət yığa bilmir. O öz "son sürət"inə çatır və bundan sonra düşmənin sonuna kimi sürəti dəyişmir.
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018)
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü. == Terror == 2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar. Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub. Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb. Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi.Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb. Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.Partlayış Daxili İşlər Nazirliyinin idarə etdiyi bir bina yaxınlığında, yerli “Chicken street” kimi tanınan küçədə meydana gəlib. Müxtəlif dövlət qurumlarında, idarələrdə sərhəd-keçid təhlükəsizlik məntəqələri var idi.
Buxar maşını
Buxar maşını — istilik maşını olub, istilik enerjisini qismən mexaniki enerjiyə çevirir. Tarixdə ilk buxar maşının ixtirası I əsrdə yaşamış, antik dövr mühəndisi İsgəndəriyyəli Herona məxsusudur. Onun düzəltdiyi Aeolipile adlı qurğu oyuncaq kimi tətbiq olunmuşdur. Ondan sonra Denis Papin və Tomas Savery XVII əsrin sonunda bir sıra sınaqlar aparmışlar. == Tarixi == Ancaq ilk dəfə praktikada tətbiq oluna biləsək buxar maşını XVIII əsrin əvvəlində ingilis mühəndisi Tomas Nyukomen (ingl. Thomas Newcomen) tərəfindən hazırlanmışdır. Nyukomenin buxar maşınının işləmə prinsipi istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Maşının işçi kamerası içərisində kolba yerləşdirilmiş silindrdən ibarətdir (şəkil 1). Silindrin alt tərəfində, içərisində su qaynayan çən yerləşdirilir. Çənlə silindr ventil vasitəsilə əlaqələndirilir.
Eniqma maşını
Eniqma maşınları — kommersiya, diplomatik və hərbi rabitəni qorumaq üçün XX əsrin əvvəllərindən ortalarına qədər istifadə olunmuş və inkişaf etdirilmiş elektromexaniki rotor şifrələyici maşınlar seriyası. Eniqma birinci dünya müharibəsinin sonunda Alman mühəndisi Artur Şerbius tərəfindən kəşf edilib. İlk yaradılmış modellər 1920-ci illərin əvvəllərindən kommersiya baxımından istifadə olunurdu. Bu maşın ikinci dünya müharibəsindən əvvəl və müharibə zamanı bir çox ölkələrin xüsusilə də Faşist Almaniyasının hərbi və dövlət xidmətləri tərəfindən istifadə olunmağa başlayıb. Bir neçə müxtəlif Eniqma modelləri istehsal olunub, ancaq Alman hərbi modelləri daha çox tanınırdı. Lakin, Yaponiya və İtaliya modelləri də istifadə olunmuşdur. Eniqma maşınında şifrələnmiş Alman hərbisinin məlumatları ilk dəfə 1932-ci ilin dekabrında Polşa Şifrə Bürosu tərəfindən sındırılıb. Bu Polşa hərbi kəşfiyyatı üçün çalışan Marian Reevskiy, Eji Rojiskiy və Henrix Zıqalskiy adlı üç Polşalı kriptoqrafın işlərinin nəticəsi idi. Reevskiy Fransız hərbi kəşfiyyatının maddi təchizatı və nəzəri riyaziyyatdan istifadə edərək, qurğu üzrə əks mühəndis (en:Reverse engineering) idi. Sonralar bu üç riyaziyyatçı Eniqma şifrələrinin, o cümlədən kriplocik bombanın sındırılması üçün mexaniki qurğular işləyib hazırladı.
Hesab maşını
Hesab maşını (ing. accounting machine) verilənləri avtomatik emal edən ilk maşınlardan biri; XX əsrin 40-50’ci illərində IBM, Burroughs və NCR kimi şirkətlər tərəfindən kommersiya hesablaşmaları aparmaq üçün yaradılıb. İlk hesab maşınları elektron maşınlar deyildi və perfokartlarla işləyirdi; daha sonrakı modellərdə perfokartlar yoxa çıxdı və elektronika tətbiq edilməyə başladı. İndi hesab maşını dedikdə, adətən, hər dəfə işə salınarkən uçot proqramının avtomatik başladıldığı kompüter nəzərdə tutulur; bu halda kompüter, yeganə vəzifəsi uçotun aparılması olan ayrıca maşına çevrilir. Qeyd etmək maraqlı olardı ki, ilk displeylərdə videogörüntünün eninin 80 sütun olmasının səbəbi hesab maşınlarında istifadə olunan perfokartların 80-sütunlu olması ilə bağlıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Знакомьтесь: компьютер = Understanding computers : Computer basics : Input/Output / Пер. с англ. К. Г. Батаева; Под ред. и с пред.
Hesablama maşını
Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara vermişdir. Blez Paskal 1642-ci ildə mexaniki kalkulyatoru icad etdi.Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . Yüz il sonra 1851-ci ildə istehsal etdilən Thomas hesablayıcısı yeni hesablama qurğusu oldu.Bu ofis mühitində hər gün istifadə edilən kifayət qədər güclü və kifayət qədər etibarlı birinci mexaniki kalkulyator idi. 1887-ci ildə təqdim edilən hesablayıcı maşın hər rəqəm üçün doqquz açarın (1-dən 9-a) birliyindən ibarət olmuş klaviaturadan istifadə edən birinci maşın idi. 1902-dən istehsal edilən Dalton hesablayıcı maşını 10 aparıcı klaviaturaya malik idi.1901-ci ildən mexaniki kalkulyatorlarda elektrik mühərrikindən istifadə olundu. Mexaniki kalkulyatorların 120 il ərzində davam etmiş istehsalatı 1970-ci illərin ortalarında dayandırıldı. Çarlz Babbage mexaniki kalkulyatorları həddindən artıq dəyişdirərək iki yeni növünü layihələşdirdi . Birincisi avtomatik mexaniki kalkulyator idi, onun fərq mühərriki avtomatik hesablaya və riyazi cədvəlləri çap edə bilirdi. İkinci daha sadə modeli proqramlaşdırıla bilən mexaniki kalkulyator idi.
Jakkard maşını
Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir. Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir.
Müharibə maşını
Müharibə maşını (ing. War Machine) – Marvel Comics superqəhrəmanlarından biri. Devid Mişelini, Bob Leyton və Con Birn tərəfindən yaradılmış və ilk dəfə 1979-cu ildə "Dəmir adam" komiksinin 118-ci sayında görünmüşdür. Zirehi isə Len Kaminski və Kevin Hopqud tərəfindən dizayn edilmişdir.2012-ci ildə IGN-in "Top 50 Qisasçı" siyahısında 31-ci yerdə göstərilmişdir. Marvel Kinematoqrafiya Kainatında personajı Don Çidl canlandırmışdır. == Bioqrafiya == ABŞ dəniz piyadaları korpusunun üzvü olan Ceyms Rouds ilə Toni Starkın ilk qarşılaşması cənub-şərqi Asiyada oldu. O zamanlar Toni Stark zirehini yenicə icad etmiş və Von-Çunu məğlub etmişdi. Bir ABŞ bazasına çatana qədər Dəmir adamı müşayiət edir. Stark hərbi vəzifəsini tamamlayandan sonra şəxsi pilotu olmağı təklif edir. Təklifi qəbul edən Rouds bir neçə il sonra yeni işinə başlayır.
Nəticəçıxarma maşını
Nəticəçıxarma maşını (ing. inference engine ~ ru. машина вывода ~ tr. sonuç çıkarma motoru) – süni intellekt sahəsində: ekspert sistemlərinin işində tətbiq edilən proseslərdən biri. Nəticə maşını ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (nəticə maşınının) köməyilə bu faktlar və qaydalarla tutuşdurulur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tikiş maşını
Tikiş maşını (ingiliscə: sewing machine) — tikiş üçün istifadə edilən məişət əşyası. == Tarixi == İlk tikiş maşınını icad edən dəqiq olaraq bilinmir. Bunun səbəbi bir çox icadçının olmasıdır. 1790-cı ildə ilk patenti alan adam olaraq qeydlərdə Tomas Saint görünür. Daha sonralar Isaac Singer və Elias Hove Jr. kimi ixtiraçıların tapdığı bir çox yenilik komitə tərəfindən reallaşdırılmamışdır. Bir çox patent alındı, ancaq heç biri biznes müvəffəqiyyəti əldə edə bilmədi. 1830-cu ildə Fransada yaşayan Barthelemy Thimmonier ticari müvəffəqiyyət qazanan ilk tikiş maşının patentini aldı. Zəncir tikiş edə bilən bu maşınlardan 80 dənə hazırlalndı və ordunun paltarlarının tikililişində istifadə edildi. Bu maşınların işlərinə zərər verəcəyini düşünən bir qrup dərzi bütün maşınları talan etdi.
Yük maşını
Yük maşını ağır yük daşıyan bir mühərrikli nəqliyyat vasitəsidir. Avtomobil prinsipinə əsasən işlədikləri üçün texniki təsnifatda böyük bir yük avtomobili olaraq təyin olunurlar. Ümumiyyətlə Azərbaycan dilində beynəlxalq nəqliyyat daşımalarında istifadə olunan çox oxlu yük maşınlarına tır deyilir. Bu söz Azərbaycan dilinə TIR müqaviləsinə görə, TIR plitələrini daşıyan və beynəlxalq daşımaları aparan uzun yük maşınlarından keçmişdir.
Türinq maşını
Yumurta maşını
Yumurta maşını — Braziliyada sahibkarlıq növüdür və aşağı gəlirli məhəllələrdə çoxlu miqdarda yumurtanın aşağı qiymətə, adətən Kombi tipli səsgücləndirici ilə təchiz edilmiş avtomobil vasitəsilə satışı ilə xarakterizə olunur.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Qarşılıqlı yardım
Qarşılıqlı yardım (ing. Mutual Aid: A Factor of Evolution) Pyotr Kropotkinin Etika ilə birlikdə iki ən mühüm kitablarından biridir. Qarşılıqlı Yardım Etikadan öncə çap olunaraq sözügedən kitabda bəhs olunan tezislərin əsaslarını qüvvətləndirmişdir. Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərindən fərqli olaraq Kropotkin bu əsərində yüzlərlə örnək vasitəsilə təbiətdəki gücsüz fərdin qarşılıqlı yardım yolu ilə güclü cəmiyyət yaradaraq düşməninə qarşı mübarizə apara bildiyini qeyd etmişdir.
2018-ci ildə Kabildə təcili tibbi yardım maşınının partladılması
Kabildə təcili tibbi yardım maşınının partladılması (2018) — 2018-ci ilin yanvarın 27-də Əfqanıstanın Kabildəki Sidarat Meydanı yaxınlığında təcili tibbi yardım maşını partlayıcı qurğu kimi istifadə olundu. Hücumda ən az 103 adam öldü, 235 nəfər isə yaralandı. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürdü. == Terror == 2018-ci ilin yanvarın 27-də terrorçular gur saatlarında Kabildəki Daxili İşlər Nazirliyi binasının yaxınlığında yerləşən, güclü mühafizə olunan küçəsində partlayıcı maddələrlə dolu təcili tibbi yardım maşınını partlatdılar. Terrorçular bombaları Avropa İttifaqı konsulluğu, o cümlədən Kabilin səfirlikləri və hökumət binaları yaxınlığında yerləşən növbətdi yoxlama məntəqəsinə keçərkən partladıblar. Partlayış o qədər güclü olub ki, paytaxt yaxınlığında da hiss olunub və dərhal ətraf mühit məhv olub. Jurnalistlər Xəstəxanası, dövlət idarələri, iş yerləri və məktəblər partlayışdan sonra bağlanıb. Bu Cəlalabad və Kabildə “İnter-Continental” mehmanxanasındakı yardım agentliyi çəkilişləri sonrası 7 gün içində olan ən böyük terror idi.Rəsmi şəxslərin bəyanatlarına görə, bomba təcili yardım maşınında gizlədilib və ikinci polis məntəqəsində partladılıb. Həmçinin yaxınlıqda yerləşən nəqliyyat vasitələri, mağazalar və binalar dağılıb.Partlayış Daxili İşlər Nazirliyinin idarə etdiyi bir bina yaxınlığında, yerli “Chicken street” kimi tanınan küçədə meydana gəlib. Müxtəlif dövlət qurumlarında, idarələrdə sərhəd-keçid təhlükəsizlik məntəqələri var idi.
Dördkürəli sürtünmə maşını
Dördkürəli sürtünmə maşını sənaye - transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. = Dördkürəli sürtünmə maşını haqqında məlumat və tətbiq sahəsi = Dördkürəli sürtünmə maşını sənaye - transmissiya yağlarının iş xüsusiyyətlərinin sınaqlarını aparmaq üçün Alman Sənaye Standartı tərəfindən təsdiqlənmiş cihazdır. ЧМТ maşını 1933-cü ildə Berlaqe tərəfindən təklif edilmişdir və sürtkü yağlarının laboratoriya şəraitində siyrilmə və yeyilməyə qarşı xassələrini öyrənmək üçün geniş istifadə olunur. Standart 4-kürəli sürtünmə maşını bir kasaya yerləşdirilmiş üç tərpənməyən (sabit) və onların üstündə bir hərəkətli (çevik) polad kürəciklərdən ibarət olan test aparatıdır. Müəyyən sürətlə və verilmiş yüklə üst kürəcik qalan kürəciklərə görə qaynaq olana qədər fırlanır. Sürtunmə maşınlarının çoxunda diametri 12,7 mm olan polad kürəciklərdən istifadə olunur. Dördkürəli sürtünmə maşını bir neçə dəfə modikfikasiya olunmuşdur, lakin sürtünmə konstruksiyası (bir piramida şəklində 4 kürə) dəyişməmişdir. == Dördkürəli sürtünmə maşını necə işləyir? == Dördkürəli sürtünmə maşını əslində maddələrin sürtünmə zamanı yaranan yüklənməyə qarşı qabiliyyətini qiymətləndirən triboloji analizatordur. Sürtkülərin yeyilməyə qarşı xassələri siyrilmə zamanı böhran yükü ilə və yeyilmə ləkələrinin ölçülməsi ilə qiymətləndirilir.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
Mutasiya maşını (İnformatika)
Mutasiya maşını (ing.mutation engine, ru. мутационная машина) - polimorf kompüter viruslarının yazılmasında istifadə olunan xüsusi proqram. Belə viruslar öz strukturlarını dəyişə bilirlər ki, bu da onların antivirus proqramları tərəfindən aşkarlanmasını və yox edilməsini çətinləşdirir. Ən tanınmış mutasiya maşınları Dark Avenger Mutation Engine və Trident Polimorphic Engine’dir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
астромедици́на вёрстный демократиза́ция дрозд на подхо́де окари́на полугодово́й причи́слиться типогра́фия торн цо́кот безду́шно жуликова́тость захуда́лость ланта́новый порошкообра́зный псинка garnishing heathery preatmospheric rain date required revisory Rio Negro косвенный